O hələ azadlığın nə olduğunu dadmadan qəfəsə salınmışdı. Heç uçmağı belə bacarmırdı. Ancaq anasının söbətlərindən uçmaq barədə eşitmişdi. Bir müddət anası ilə yaşayandan sonra anasından da ayırmışdılar. İndi ayrı qəfəsdə yaşayırdılar...
Qəfəs həyatı, o kiçik bədəninə yüklənən onlarla yükdən biriydi yalnız. Anası üçün də çox darıxırdı. Bir qədr böyüyənə qədər,anası ilə yaşamışdı. Böyüdükdən sonra anasından da ayrı düşmüşdü.
Anasından ayrı düşmək problemlərin ən kiçiyi idi bəlkə də. Ən böyük problemi “AZADLIQ” idi. Onu satın alan qadının evi Xəzərin sahilindəki bağ evlərindən birində idi. Evin önündən heç vaxt qağayılar əskik olmazdı. Qadın hər səhər durub dənizin kənarına çörək tökəndə onlar daha da yaxından görünərdilər. Bəlkə də çörəyin qoxusu onları belə yaxına gətirərdi. Qağayılar evdəki, qəfəsdəki o bülbüldən xəbərsiz idilər...
Hər səhər qağayılar o tərəf bu tərəfə uçuşardı. Arada dənizin suyunun üstündə üzüşər, qanadlarını dənizin suyuna çırparaq sərinləməyə çalışardılar. Bülbül isə qəfəsindən bayıra çıxmaz, qağayıları həsrətlə pəncərədən seyr edərdi. Qağayıların xoşbəxtliyi üçün həsəd aparardı . O da uçmaq, azadllıqda öz gülünün qoxusunu hiss etmək isdəyirdi...
Bir gün ev sahibi ucqar rayonların birinə qonaq getmişdiş. Bülbülü qəfəsdə unutmuşdu. Yem, su vermək də yadından çıxmışdı. Bülbül üçün bundan gözəl fürsət ola bilməzdi. Qəfəsdən qaçmalı idi. Amma necə qaça bilərdi axı dəmir qəfəsdən?...
Ev sahibi evə qayıdanda kiçik quşu qəfəsdə tapa bilmədi. Artıq o azad idi. Heç kim onun bu azadlığını əlindən ala bilməzdi. Nə daş divar, nə qəfəs onu saxlaya bilməzdi. Tutulmaz olmuşdu ruhu, uçmuşdu göylərə. Qəfəsdə dərdlərini, və böyük dərdlərini daşıyan o balaca bədənini buraxmışdı. Artıq heç bir qorxusu qalmamışdı. Bədənindən çıxıb, bütün dərdlərini isə bədənin içində buraxmışdı. Ölümsüzlüyün əslində ölümün içində olduğunu yeni anlamışdı. O indi ölü idi, buna görə də ölümsüz idi.
Artıq kimsə onun canını ağrıda bilməzdi , heç kim onu öldürə bilməzdi. Ən əsas heç kim onu qəfəsə salıb azadlığını əlindən ala bilməzdi. Deməli əsl azadlıq bu idi və ancaq ölümlə əldə edilirdi..
1 yorum:
Coxx xowuma gelir Anar son yazilarin!!!
Yorum Gönder