Yükün sənnən daha ağır
De necə çəkirsən çocuq?
Hər gün dərdin üstünə
Yenisin əkirsən çocuq
Allah yolunda deyib
Umursan insandan mədət
Bu yola salıbsa səni
Allahın yoluna lənət
Əl açıb gecə gündüz
Dilən çocuq, dilən çocuq
Sənə baxıb nə düşünür
Qıraqdan gülən çocuq?
Baxıb sənə düşünürəm
Görən sənin anan varmı?
Bu halına heç olmasa
Ürəkdən bir yanan varmı?
Sən neftlə zəngin ölkənin
Üzü qara bir körpəsi
Səni düşünürmü görən?
Heç bu ölkənin yiyəsi
Ümid edirəm ey çocuq
Bir gün sənin üzün gülsün
Sənin üzün gülməsə də
Oğlun gülsün, qızın gülsün
Metroda dilənən çoçuğa...
0 yorum:
Yorum Gönder