6 Aralık 2010 Pazartesi

Vida...






İnsan insanın canavarıdır!
T.Hobbs

- Mən səni həyatda hər şeydən artıq sevirəm... Qız titrəyən əlləri ilə oğlanın əllərini tutdu
- Bilirəm...
- Mənim səndən başqa güman yerim yoxdu
- Bilirəm
- İki gün vaxdımız qalıb
- Bilirəm
- Sən nə desən eləməyə hazıram
- Bilirəm
Qız ağladı. Əllərini oğlanın əlindən çəkib paltosunun cibinə qoydu. Gözlərində axan yaşa baxmayaraq dodaqlarında ümidli bir təbəssüm yarandı.
- Mən sənə inanırdım
- Bilirəm
- Bilirdim ki gələcəysən
- Bilirəm
Şəhərin köhnəlmiş küçələri ilə irəliləməyə başladılar. Oğlanın yaşadığı binanın önündə idilər. Bloka daxil olub dördüncü mərtəbəyə çıxdılar. Yaşıl qapının önündə dayandılar. Oğlan cibindən açar çıxarıb qapını açmağa çalışırdı..
- Yadında qızlığımı da bu evdə sən korlamışdın
- Bilirəm
Oğlan tələsik qapını açdı. Evə keçdilər.

... ....

- Otaqda sükut yaranmışdı.. Qız çılpaq bədənini  mələfə ilə örtməyə çalışırdı. Oğlan çarpayının küncündə oturmuşdu. Otaqda siqaret qoxusu ilə qızın qoxusunun qəribə bir ahəngi yaranmışdı.Qız üzündə qəribə bir sevinclə bu sükutu pozdu:
- Məni vermək istədikləri oğlanın hər imkanı var
- Bilirəm
- Amma mən səndən başqa heç kimi istəmirəm
- Bilirəm
- Elçiləri göndər də...!
 - "Göndərəcəm əzizim"..
Oğlan yenidən çarpanıya uzandı. Oğlan qızın uzun saçlarını əlləri ilə sığallamağa başladı. Qızın üzündəki təbəssüm indi daha da aydın sezilirdi. Bu sevinc içində oğlanın əlindən möhkəm-möhkəm sıxdı. Daha sonra başını oğlanın sinəsinin üstünə qoydu. Qara saçları oğlanın sinəsinin üstünə töküldü. Sonra dodağını oğlanın qulağına yaxınlaşdırıb pıçıltı ilə:
- Mən heç vaxt səninlə oldğum kimi xoşbəxt ola bilmirəm
- Bilirəm
- Biz xoşbəxt olacıq
- Bilirəm
- Mən hamiləyəm!
Oğlanın üzündəki çizgilər bir anlıq dəyişildi..Bunu heç gözləmirdi. Ancaq bunu biruzə verməməyə çalışırdı.
- Sənin evladlarına çox gözəl ana olacam
- Bilirəm
- Artıq gecdi
- Bilirəm
- Gəl  lap yaxınıma..Yenə istəyirəm... Nə yaxşı ki varsan... Mən sənsiz ölərəm...
- Bilirəm

... ...


Qızın telefonu zəng çaldı. Cavab vermədi. Tez yataqdan çıxıb paltarını geyindi. Oğlan da paltarlarını geyindi. Mənzildən çıxıb dar küçələrlə irəliləməyə başladılar. Qız əlini cibinə saldı. Bir kağız parçası çıxarıb oğlana uzatdı. Qız yenə kövrəlmişdi:
- Bu kağızda sənə son sözlərimi yazmışam. Əgər birdə görüşməsək bunları oxuyarsan.
- Bunu oxumağıma ehtiyac olmayacaq..
- Saba görüşə bilməyəcik
- Bilirəm
- Birisi gün gəlməsən özümü öldürəcəm
- Bilirəm
- Son ümidim sənsən
- Bilirəm...

Oğlanla qız ayrıldılar. Oğlan əlini cibinə salıb kağız parçasını çıxartdı. Cırıp küçəyə tökdü. Sonra telefonunu açıb nömrəni çıxartı. Onu da qırıb yerə tulladı.
... ...

Bir neçə gün sonra oğlan çarpayıda uzanıb "Növbətçi" proqramını seyr edirdi. Bir xəbər onun diqqəti cəlb etdi..."Bu gün Bakı şəhərində gənc bir qız özünü yaşadığı evin pəncərəsindən ataraq intihar edib. Aldığı xəsarətlərdə hadisə yerində keçinib. Faktla bağlı cinayət işi açılıb" Deyilən ünvan qızın ünvanı idi....Oğlan acı acı gülümsündü…."Heyf çox saf qız idi"....

0 yorum:

Yorum Gönder