“Başını dik tut”- deyə cəllad kəndiri məhkumun boynuna keçirdi…
Telefonun dəstəyini yenə həmişəki kimi qorxa-qorxa qaldırdı. Əli əsə əsə nömrələri yığmağa başladı. Telefonun ucunda yenə o səs vardı.
Alo..Alo...Alooo....Danışda da.....
Dinmək isdədi bacarmadı. Sanki lal olmuşdu. Bütün bədəni titrəyirdi. Pəncərəyə yaxınlaşdı. Ağacların yarpaqlarındakı payız gözəlliklərini seyr etməyə başladı. Sonra yatağına uzanıb uzun-uzun xəyallara daldı. Bir müddət düşündükdən sonra yerindən qalxıb bir parça kağız və qələm götürdü. Kağız parçasının üsdündə əli əsə-əsə qeyd etməyə başladı:
“Unudacam onu. Söz verirəm özümə unudacam! Onu mənə xatırladan nə varsa unudacam bir-bir hamsını. Siləcəm yaddaşımdan yadımdan. Bu sevgi deyil zülümdür-zülüm.....
Göz yaşları tökülməyə başladı gözündən. Vərəqi büküb digər vərəqlərin üstünə qoydu. Bu həmin sətirlərlə dolu neçənci kağız vərəqi idi. Bu neçənci söz idi üstündə durmadığı. Amma bu dəfə qərarlı görünürdü. Unutmaq isdəyirdi. Amma bu o qədərmi asan idi? Necə unutsun axı? Hər şeyi onu xatırladırdı. Bu şəhər, bu yollar, bu küçələr, göydəki ulduzlar, ay, günəş, hər şeydə onu görürdü.
Əsəbi halda otağda o yan bu yana gedib gəlməyə başladı. Sevmək üçün bir anın kifayə etdiyi birini unutmaq üçün bir ömür bəs edərdimi? Sonra yenə qələm və vərəq götürdü və yazmağa başladı:
“Cinayətkar- A.
Cinayəti- sevmək
Cəzası- bir ömür unutmağa məhkum”
Bir neçə gün beləcə təkrar olunu. Hər gün yeni bir söz, hər gün yeni bir vəd. Amma nə fayda? Unutmağı bacarmırdı. Unutmağa çalışdığı hər gün onu daha çox sevirdi . Hər gün ona biraz daha artıq bağlanırdı. Amma hələdə ümidləri qalırdı. Ümidlər yaşadırdı onu.
A hələ ümidlərlə yaşayırdı. Onu yaşadan bu ümidlər idi bəlkədə. Bəlkədə ümidlər də ölmüşdü amma bunu qəbul etmək istəmirdi. Bəlkədə elə bu bəlkələr idi onu yaşadan. Sonuncu bir neçə gün evdən bayırada çıxmırdı. Son gününü gözləyən ölüm hökmünə məhkum olunmuş məhbusa bənzəyirdi. Amma ölümünü gözləyən məhbusdan daha betər idi həyatı. Çünki həmin məhbuslar bir dəfə ölürdüsə A hər gün ölürdü ölən ümidləri ilə bir yerdə.
Bir səhər A yuxudan duranda artıq fikirini dəqiqləşdirmişdi. Sonuncu dəfə onunla danışmaq isdəyirdi. Bilirdi ki bu heç nəyi dəyişməyəcək. Amma başqa çıxış yolu da qalmamışdı. Dəstəyi götürüb yenidən hər gün zəng vurub amma danışmağa gücü çatmayan nömrələri yığmağa başladı. Telefonun o biri tərəfindən həmişə eşitdiyi səs yenidən təkrarlandı:
- Alo..
- Alooo
A özünü tolayıb danışmağa başladı:
- Salam
- Salam
- Necesen?
- Yaxşıyam. Kimdi danışan?!......
- A
- Hansı A?
Bir müddət sakitlik yarandı. Hansı A? Bu sual A-nı yaman üzmüşdü. Mənim bir saniyə belə unutmadığım biri heç adımı xatırlamır deyə düşündü özü-özündə. Sonra özünü toplayıb davam elədi:
- Həmin A
- Həəə deməli həmən A. Nə lazımdır? Niyə narahat etmisən məni?..
- Darıxmışdım.....
- Darıxmışdın? Bəs niyə mənə zəng vurdun ki!?....
- Insan darıxanda kimə zəng vurur?
- Darıxdığı insana...
- Məndə sənin üçün.......
Darıxmışdım demək istəyirdi A. Amma özündə bu sözü deməyə güc tapa bilmədi. Yenə arada sakitlik yarandı. Ikisidə bir müddət dinmədilər. Sadəcə nəfəslərinin səsi eşidilirti. Bəlkədə elə nəfəsləri danışırdı. Bəlkədə bu ölməkdə olan o sön ümidlərin son nəfəsi idi. Yenə qız sakitliyi pozdu
- A sən mənə mane olursan
- Bilirəm..
- Bezmişəm artıq
- Bilirəm...
- Mənim istədiyim var
- Bilirəm...
- Biz tezliklə evlənəcik
- Bilirəm..
- Uşaqlarımız olacaq
- Bilirəm..
- Xoşbəxt olacıq
- Bilirəm...
- Amma sən yenə öz həyatını məhv etməkdə davam edəssən
- Bilirəm...
- Xahiş edirəm məni daha narahat eləmə. Daha zəngdə vurma. Görəndə də mənə baxma. Unut məni.!!!
- Necə unudum?...
- Sənin problemindi...
- Bilirəm..
- Bilirsənsə bəs niyə məni narahat edirsən?
- Bilmirəm....
Bu an telefondan qapı zənginin səsi eşidildi. Qızgilin evinə gələn var idi. Qız daha danışa bilmirdi. Imkan tapıb sonuncu sözlərini dedi:
- Bağışla daha danışa bilmirəm. Sən daha məni narahat eləmə..
- Söz verirəm birdə səni heç vaxt narahat etməyəcəm
- Düüd düüüd düüüd düüüd düüd düüdd.......
A telefonun düyməsini basmağ güc tapmırdı . Gözləri dolmuşdu. Telefonu qırağa tulladı. Kitab dəftərin arasından gündəliyini çıxartdı. Gözlərinin önündə isə onun ilk dəfə gördüyü görüş canlanmışdı. Gündəliyini açıb vərəqləməyə başladı. 11.03.1984. tarixini tapdı. Tarixi görən kimi gözlərindən yaş damlaları tökülməyə başladı. Bu neçənci dəfə idi həmin varağın göz yaşı ilə islanırdı. Oxumağa başladı:
“Bu gün mən yenidən doğdum. Düşünürdüm həyat mənasızdır. Amma indi anlayıram ki bu yalnışdı. Bu həyatın mənası - sən! Düşünürdüm ki bu həyatda yaşamaq üçün səbəbim qalmayıb. Amma yanılmışam yaşamaq səbəbim – sən! Düşünürdüm ki son ümidlərim də ölüb. Amma son ümidim var hələ o da- sən! Bu günnən mən sənin üçün yaşayıram. Bu günnən mən sənin olmuşam sənnən xəbərsiz”
Imza – A.
Bu A-nın onu ilk gördüyündə yazdığı cümlələr idi. Oxuyub qurtarannan sonra A gündəliyini vərəqləyib ağ bir səhifə açdı. Sonra qələm götürüb yazmağa başladı.
21.10.1984
“Bu gün mən öldüm! İnsan yaşaya-yaşaya da ölə bilər deyirlər. O ölüm belə olsa gərək. Mən də bu gün öldüm. Bu mənim neçənci ölümümdü? Unutmuşam ! Saymamışam ölümlərimin sayını. Bu gün sən məni öldürdün. Bəlkədə sən yox elə özüm öldürdüm özümü. Bu gündən məndə yaşaya ölənlərin arasına qatıldım. Xoş gəldin A. Xoş gəldin yaşayan ölülərin arasına”
Imza – A
Sonra A gündəliyinin arasından bir varaq qopartdı. Bir müddət dərin-dərin fikirləşənnən sonra qopartdığı o vərəqdə yavaş yavaş yazmağa başladı.
“Bu səni sonuncu narahat edişimdi. Sən bunu oxuyanda mən artıq buralarda olmayacam. Səni narahat etdiyimi bilirəm. Ona görə də bu şəhəri sənə buraxıb gedirəm. Bu şəhərdə sevmişdim səni. Bəlkədə bu şəhər sevdirmişdi səni mənə. Ona görə də bu şəhəri də səni də tərk edirəm. Daha səni narahat etrməyəcəm heç vaxt. Daha rahat yaşaya bilərsən. Sənə uğurlu həyat arzulayıram. Amma mən səni sənnən uzaqda həm də, sənsiz sevməyə səni sənsiz yaşamağa davam edəcəm. Bəlkədə unutmağa çalışacam.
İmza: Bir ömür unutmağa məhkum edilmiş A”
A kağızı qatlayıb cibinə qoydu. Paltarını geyinib həyətə düşdü. 10 15 dəqiqə gedənnən sonra gəlib yaşadığı rayonun “Pasport qeydiyyatı” şöbəsinə çatdı. Içəri girdi divarlarda yazılmış elanları nəzərdən keçirtməyə başladı. Axdardığı elanı tapanda diqqətlə oxumağa başladı:
“Adınızı və soyadınızı dəyişmək üçün 12 nömrəli otağa müraciət edin”
Bu yazını oxuyandan sonra A 12 nömrəli otağa yaxınlaşdı. Qapını döyüb içəri daxil oldu. 10-15 dəqiqədən sonra otağdan çıxdı. Əlində adı və soyadı dəyişmək üçün lazım olan sənədlərin sıyahısı var idi. Şöbədən çıxıb evlərinə qayıtdı.
A evə gələndə ömrünün son günlərini yaşayan solğun bir çiçəyə bənzəyirdi. Heç kimə bir kəlmə də demədən öz otağına keçdi. Kitab-dəftərin arasından üzərinə “A-nın şerləri” yazılmış dəftəri çıxartdı. Bu dəftər A-nın ona həsr etdiyi cızma-qara şerlərlə dolu idi. Hər dəfə dara düşəndə dəfdər qələm çatırdı A-nın köməyinə. Öz fikirlərini ağ vərəqlərə boşaltmaqla az da olsa təskinlik tapırdı. A ötən günləri xatırlaya-xatırlaya dəftəri vərəqləməyə başladı. Yazdığı şerlərin hər misrasında onu görürdü. Bu şerlərdə ancaq o vardı. Dəftərin sonuncu vərəqini açıb ora nələrisə qeyd edənnən sonra A onu kitabların arasına geri qoydu.
Bir həftədən sonra A yenidən “Pasport qeydiyyatı” şöbəsinə gəldi. Artıq bütün sənədləri hazır idi. Sənədləri götürüb şəbədən çıxdı. Amma A yox idi daha. A o şöbədən çıxanda artıq Z olmuşdur. Amma bu beləmi asan idi? Insanın adının dəyişməsi nəyi dəyişə bilərdi ki? Bir adın dəyişməsiylə illərlə yaşananları geridə qoyub yeni bir həyata qədəm qoymaq mümkündürmü?
Bu Z nın yaşadığı şəhərdə sonuncu günü idi. Bütün keçmişə bir nöqtə qoyub uzaq bir şəhərdə yeni bir həyata başlamaq istəyirdi. Bütün yol boyu bu fikirlər beynində vargah edə-edə evə qayıtdı. Qapını döydü. Qapını atası açdı. Heç nə deməyib öz otağına keçdi. Şkafdan iki çanta çıxartdı. Lazımlı əşyalarını toplayıb çantalara yığdı. Sonra üzərində “A-nın gündəliyi” və “A-nın şerləri” yazılmış dəftərləri götürüb evdən çıxdı.
Payızın son günləri yaşanırdı. Ağaclar üzərində qalan son yarpaqlarını tökürdü. Hər yer ağaclardan tökülən o yaraqlara dolu idi. Şəhər öz sakit günlərindən birini yaşayırdı. Hava buludlu idi. Küləklər şəhərində küləkdən əsar əlamət qalmamışdı. Arabir gedib gələn maşınların səsini eşitmək olurdu. Z yürə tökülmüş yaraqları əzə-əzə yoluna davam edirdi. Hər dəfə yarpaqları tapdadıqca yadına A düşürdü. Bir zaman A-nın da ümidləri bax beləcə tapdalanmışdı.
Z bir müddət gedənnən sonra yol kənarında dayanmış bir taksiyə yaxınlaşdı. Maşının qapısını açıb maşında oturmuş sürücüylə danışmağa başladı:
- Salam
- Salam
- Əhmədliyə apararsızmı
- Apararam
Qiymət soruşmadan maşında əyləşdi. Maşın dediyi ünvana doğru istiqamətlənməyə başladı. 20-25 dəqiqətən sonra avtomobil Əhmədli metrosunun yaxınlığındakı “Bakı” kinoteatırının yanına çatdı. Z maşını saxladıb 10 manat verib maşından endi. Sürücü avtomobilini sürüb getdi. Z başını qaldırıb göyə baxdı. Havada qəribə bir səssizlik var idi. Sanki hər tərəfi qəsdinə alan bir intihar havası var idi. Havada ölüm qoxusu var idi. Sanki hər yer qan qoxuyurdu. Z bir müddət ətrafı seyr edənnən sonra binaların arası ilə irəliləməyə başladı. Gəlib bir beşmərtəbəli binanın önündə dayandı. Başını qaldırıb ən yuxarı mərtəbədə işığı yanan bir pəncərəyə baxdı. Həmin pəncərəni seyr edəndə yenə A düşdü yanına. Gözləri doldu. Ürəyindən bağırmaq keçirdi. A nın ölüm xəbərini qışqırıb hamıya agah etmək isdəyirdi. Amma gücü çatmadı. Bir müddət tərpənmədən həmin pəncərənin işığını seyr etdi.
Bu vəziyyət 3 4 saatdan artıq davam etdi. Artıq pəncərələrdəki işıqlar bir-bir sönməyə başlasmışdı. Amma o pəncərədəki işıq hələ də yanırdı. Bir müddət sonra yağış yağmağa başladı. Get-gedə sürətini artıran yağışın şırıltısına Z tap gətirə bilmədi. Uşaq kimi hönkürə-hönkürə ağlamağa başladı. Gözündən axan yaşlar yağış damlalarına qarışırdı. Bu vaxt Z seyr elədiyi pəncətəyə kiminsə yaxınlaşdığını gördü. Həmin şəxs də yağışın yağmağını seyr edirdi. Z bir anlıq əlində tutduğu dəftərlərə baxdı. Bu dəftərlərin içərisi həmin şəxslə dolu idi. Z dəftərləri cırıp atmaq istədi. Amma gücü çatmadı.
Bir müddət sonra baxdığı pəncərənin işığı söndü. Saat gecə 1 2 olardı. Artıq gec idi. Z dayanacağda bir taksiyə oturub evə geri qayıtdı. Binalarının həyətində maşından düşüb bloklarına girdi. Qalxıb evlərinin qapısını döydü. Atası həyacanla qapını açıb:
- Bu vaxda kimi harda idin?
- Bilmirəm
- Heçmi bizi düşünmürsən?
- Bilmirəm
- Sənə nə olub ax belə?
- Bilmirəmmmmm
- A sənə nə olub axı belə dəyişmisən? Axı sən heç belə eləməzdin?
- Sonuncu günümdü necə istəyirəm elə də edirəm
- Nə son günü? Nə danışırsan axı sən? Nolub sənə bala?
- Saba gedirəm. Həmdə birdəfəlik. Daha heç vaxt qayıtmayacam geri
- Bəs biz neyləyəcik? Axı bilirsən sən bizim gözümüzün ağı-qarası bircə oğlumuzsan.
- Elə bilərsiz ki məndə ölmüşəm
- Sən nə danışdığını bilmirsən bala. Nə ölüm? Özündə deyilsən get yat. Sabah ağlın başında olanda danışarıq
- Sabah siz duranda mən artıq olmayacammmmm
Hər ikisi daha heç nə danışmadılar. Araya sakitlik düşdü. Z öz otağına keçdi. əlindəki dəftərlərdən “A-nın gündəliyini” əşyalarını yığdığı çantalardan birinə qoydu. “A-nın şerləri” yazılan dəftəri isə stolun üstünə qoyub yerinə uzandı.
Z səhər yuxudan duranda olduqca qayğılı görünürdü. Pərdəsini aralayıb bayıra baxdı. Dan yeri təzəcə sökülürdü. Ağşamdan yağan yağış hələdə davam edirdi. Arada quşların səsi eşidilirdi. Z sakitcə yuyunma otağına keçdi. Yuyunub otağına geri qayıtdı. Paltarını geyinib ağşamnan hazırladığın çantaları da götürüb yenidən otağınnan çıxdı. Evin admlarınnan heç kim oyanmamışdı. Z onları oyatmaq isdədi. Sonra nəsə fikrini dəyişdi. Otağına qayıtdı. Bir parça kağız və qələm götürüb nələrsə yazmağa başladı. Sonra həmin vərəqi “A-nın şerləri” adlı dəfdərin içinə qoydu. Dəfdəri götürüb qonaq otağındakı stolun üstünə qoydu. Çantalarını götürüb sakitcə evdən çıxdı.
Z evdən çıxıb bir müddət həyətdə dayandı. Boyuyub-başa çatdığı yerləri son dəfə seyr etmək isdəyirdi. Bu yerləri seyr edərkən yenə A düşdü yadına. Gözləri doldu. Biranlıq fikrinnən yayınmaq keçdi könlünnən. Ancaq fikrinnən yayınana bənzmirdi. Z uzun bir yolun ilk addımlarını atırdı. Hara aparırdı bu yollar? Bu uzun yolu gedəndə heçmi geriyə baxmayacaqdı? Unuda biləcəydimi? Yeni bir həyata başlayarkən A-nı yadınnan çıxaracaqdımı? Hər gün yuxudan a doğulub ağşam Z yatmaq bu qədərmi asan idi?
Bütün bu sualların düşüncəsi altında Z son dəfə yaşadığı binaya baxıb oradan ayrıldı. Bir taksiyə minib Aeroporta gəldi. Bilet aldığı təyyarənin uçuş vaxdı yaxınlaşırdı. Avtomobil yol gedə gedə çantasınnan “A-nın gündəliyini çıxartdı”. A nın yazdığı son şeri oxumağa başladı:
Ümid etdim ümidlərdə yalanmış
Çıx get son ümidi apar özünlə
Könlüm evi viran olmuş, talanmış
Çıx get son ümidi apar özünlə
Sənin sevgin mənə ömürdən baha
Ümidim yox açılacaq sabaha
Səni and verirəm o bir Allaha
Çıx get son ümidi apar özünlə
Əhd edib əhdini dandıran gözəl
Vüqarımı dinməz sındıran gözəl
Məni od alovsuz yandıran gözəl
Çıx get son ümidi apar özünlə
Lal oldum deməyə sözümdə yoxdu
Səni seyr etməyə gözümdə yoxdu
Qınama A...da dözümdə yoxdu
Çıx get son ümidi apar özünlə
Imza- A
Bu A-nın gündəliyindəki sonuncu şer idi. Bu şerdən sonra A son ümidi ilə birlikdə ölmüşdü. Z A-nı qınamağa başladı. Dəyərdimi bunlara? Cavabsız bir sevginin cəzasını bu qədər insana çəkdirmək düzgün idimi? Gözlərinin nurunnan kəsib onu böyüdən ata-anası indi nə edəcəkdi?
Z təzadlı fikirlər içində gəlib aeroporta çatdı. Təyyarənin qalxmasına yarım saatdan bir qədər artıq qalmışdır. Taksidən düşüb iti addımlarla irəliləməyə başladı. Sənədlərini yoxladıb gözləmə otağına keçdi. Bir neçə dəqiqədən sonra elanı eşıitdi:
“Bakldan- İstanbula gedən sərnişinlərin nəzərinə. Təyyarənin qalxmaslna az qalıb xaiş olunur tələsəsiz”
Z yerinnən durub qalxma zolağına doğru irəlilədi. Pilləkənlərlə təyyarəyə qalxmağa başladı. Z içəri daxil oldu. Keçib öz yerində əyləşdi. Təhlükəsizlik kəmərini taxdı. Bir müddət sonra təyyarə havaya qalxdı.
0 yorum:
Yorum Gönder