Payızın son günləri idi. Ağaclarda qalmış son yarpaqlar tökülürdü. Bakı küləyi heç vaxt olmuyan kimi, çox sakitcə, həzin-həzin əsirdi. Sanki havada intihar qoxusu vardı.. Sanki həyat sussub, nə üçünsə yas saxlayırdı. Bina sakinlərini “dəli” adı verdikləri qonşularının neçə gündü görünməməsi yamanca narahat etməyə başlamışdı. İki nəfər onun yaşadığı qapıya yaxınlaşıb, qapını döyməyə başladı. Arxadan heç bir səs eşidilmirdi. Qapını döyənlər indi qapını daha möhkəm vururdular. Bir müddət belə davam elədi, amma qapının arxasından səs eşidilmədi. Bina sakinlərinin narahatçılığı indi daha da artmağa başlamışdı. Ümidsiz halda blokdan bayıra çıxdılar. Binanın həyətində yerləşən sahə müvəkkilinin oturduğu budkanı xatırladan balaca tikiliyə yaxınlaşdılar. Sahə müvəkkilinə “dəli”nin 6-7 gündür görünmədiyini bildirdilər. Sahə müvəkkili bina sakinləri ilə birlikdə tikilidən bayıra çıxdı. Blokun qarşısında dayandılar. Sahə müvəkkili telefonunu cibindən çıxarıb, yaxınlıqdakı polis bölməsinə zəng vurub olanlar barədə məlumat verdi.
Təqribən yarım saatdan sonra bir polis mayoru iki nəfər polis serjantı ilə birlikdə binanın qarşısına gəldi. Sahə müvəkkili bina sakinləri ilə bir yerdə blokun qarşısında dayanmışdı. Polis mayoru və serjantlar sahə müvəkkili və bina sakinləri ilə salamlaşdıqdan sonra hamsı birlikdə bloka daxil oldular. İkinci mərtəbəyə qalxıb, “dəli”nin yaşadığı qapının qarşısında dayanıb, qapını döyməyə başladılar. Yenə qapının arxasından heç bir səs eşidilmədi. Polis mayoru “dəli”nin hər hansı qohumlarının olub olmadığı ilə maraqlandı. Bina sakinləri “dəlinin” artıq 20-25 ildən artıqdı bu ünvanda əvvəllər öz anasıyla, o rəhmətə gedəndən sonra isə təkca yaşadığını bildirdilər. Polis mayoru telefonla FHN-nin xidməti nömrəsini yığıb, bir qapının təcili açılması lazım olduğunu bildirdi.
Bir müddət keçmiş FHN-nin xilasetici maşınlarından birinin uğultusu eşidilməyə başladı. Bina sakinləri balkona çıxıb diqqətlə maşının nə üçün gəlmə səbəbini öyrənməyə çalışırdı. Bu arada məhlə uşaqlarının arasında “dəli ölüb”, “dəli ölüb”, “dəli ölüb” səsləri eşidilməyə başladı. Bu səs insanlarda daha çox marağ oyatdı. Artı blokun qarşısında bloka çıxmaq isdəyən insanların sayı artmışdı. FHN-nin xilasedici maşını blokun qarşısnda dayanmışdı. Maşından düşən iki FHN əməkdaşı dəmir kəsmək üçün lazım olan avadanlıqlarla birlikdə bloka daxil oldular. Onların arxasınca həmin binada və ətraf binalarda yaşayan insanlar da bloka daxil oldu. Mayor polis blokdan gələn səs-küyü eşidib, serjantlardan birinə bütün kənar şəxsləri blokdan bayıra çıxarmasını əmr etdi. Polis serjantı əmrə tabe olub aşağı düşməyə başladı. İki nəfər FHN əməkdaşı istisna olmaqla bütün şəxslər blokdan bayıra çıxarıldı. FHN əməkdaşları ikinci mərtəbəyə qalxıb orada dayananlarla görüşdükdən sonra, hansı qapının açılmasının lazım olduğunu soruşdular. Göstəriş alandan sonra qapını kəsməyə başladılar.
5 6 dəqiqədən sonra artıq qapı kəsildi. FHN əməkdaşları qapını ehmalca götürüb blokun divara söykədilər. Polis mayoru sahə müvəkkili və polis serjantı ilə birlikdə içəri daxil oldular. İçərisindən qəribə qoxular gəlirdi. Ev iki otaqdan ibarət idi. Otaqlardan birinə yaxınlaşıb qapını açdılar. Qapısı açılan otaq demək olar ki boş idi. Ancaq pəncərənin önündən ağ rəngli tüldən tikilmiş pərdə vardı. Polis mayoru digər qapıya yaxınlaşıb onu açdı. Həmin otaqda bir stol, bir stul, stolun üstündə bir qədər kağız kuğuz, yarımçıq araq şüşəsi, kiçik bankadaxiyar turşusu, göyəmiş çörək qurusu və divarda bir xanım şəkli vardı. Şəkilin altında “sən mənim allahımsan, Milena” yazısı yazılmışdı. “Dəli”nin meyidi stolun üstündə, başı stola qoyulmuş vəziyyətdə idi. Stolun altında qurumuş qan izləri vardı. “Dəli”nin əli ürəyinə sancdığı, bıçaqdan möhkəm yapışmışdı. Polis mayoru divardan asılmış şəkilə baxıb üzünü turşutmuş halda dilləndi:
- Elə öləsi imiş dinsiz axmaq
Otaqdakı digər şəxslər də baş işarəsi ilə onunla razılaşdıqlarını bildirməyə başladılar. Polis mayoru “dəli”nin meyidinə yaxınlaşdı. Onun diqqətini stolun üstündə olan vərəqlər çox cəlb etmişdi. Stola doğru əyilib, toxunmadan ən üstəki varaqı ürəyində oxumağa başladı:
“Əzizim Milena! Bu sənə yazdığım sənuncu məktubdur. Bundan sonra daha səni naraha etməmək qərarına gəldim. Axı sən mənim dostumun, Kafkanın sevgilisisən. Nə qədər çətin olsa da səndən uzaq gəzməliyəm. Milena! sənə Kafka ilə xoşbəxtlik arzu edirəm. Milena! Milena! Milena! adını yazmaqdan doymuram. Milena! Bu sənə yazdığım neçənci məktubdu bilmirəm. Bilirəm bu məktubu da sənə yollamayacam və cırıb ataçam. Axı Kafkanın əlinə düşə bilər. Bu dünyadakı tək dostumun məndən inciməsinə dözə bilmərəm. Həmişəlik Milena”
Sənin “Dəlin”
Polis mayorunun üzündə acı bir təbəssüm yarandı. Üzünü ətrafda dayanmış digər şəslərə tutub sakit-sakit:
- Yazdıqlarını oxuyanda bunun doğurdan da “dəli” olduğu məlum olur. Mən belə insanların psixologiyasına yaxşı bələdəm. Yazırlar, öz ağıllarına görə məşur olmaq istəyirlər. Bu alınmayanda intihar edirlər. İntihar etməklərinin səbəbi məşur olmaq istəmələridi. Həmişə də bir intihar məktubu yazıb qoyurlar. Bu Milena və Kafka kimdi tanıyan varmı?
Otaqda gülüş səsləri eşidildi. Polis Mayoru yaman özü də bilmədən yaman pərt olmuşdu. Əyilib stolun üstündə dayanmış kitabın üz qapığını oxudu “F.Kafkanın seçilmiş əsərləri” yazısını oxuyanda gülüşün səbəbi ona aydın oldu. Başını yuxarı qaldırıb özünə bəraət qazandırmaq məqsədi ilə sözünə davam elədi:
- Mən zarafat edirdim, guya Kafkanın kim olduğunu bilmirəm? Onun seçilmiş əsərlərini tələbəlik illərimdə dəfələrlə oxumuşam. Sadəcə mənə maraqlıdır ki bu dəli ona hardan dost olur ki?. Əşşi dəlinin başında palıt ağacı olmur ki..
Otaqda qəh-qəhə səsləri eşidilməyə başladı. Polis Mayoru daha ürəkdən gülürdü. Sanki hər hansı bir döyüşdə əldə etdiyi qələbənin sevincini yaşayırdı. Bundan sonra polis Mayoru stolun üstündəki vərəqlərdən birini ehmalca çıxarıb üstə qoyub ürəyindəoxumağa başladı:
“Əzizim Milena. Bu gecə yenə yuxumda səni gördüm. Kafka ilə oturub dərtləşirdik. Bizə çay gətirdin. Yenə göz-gözə gəldik həmişəki kimi. Qorxdum ki dostum Kafka hiss edəcək. Milena bilirsən Kafka sənin qolundan tutub, çayları stolun üstünə qoymsğına kömək edəndə necə qısqandım səni? Daha sonra üçümüz bir masa ətrafında oturub çay içdik. Milenam demək istədim sənə. Amma sən mənim deyilsən axı. Sən mənim ən yaxın dostumunsan. Bilmirəm Kafka xəbər tutsa nə deyər mənə? Məncə bağışlamaz məni. Heç cürə bağışlamaz, Milena! Hər dəfə səni düşünəndə bir şerdən bu hissəni xatırayram:
Səni kimə qısqandım
öz ərinə dərdə bax
xəbər tutsa deməzmi?
dosta bax, namərdə bax
Milena! Amma mən namərd deyiləm! Sadəcə səni sevməyi həyatının mənası bilən bir dəliyəm. Sənin dəlinəm. Milena! Bilirəm həyatımın son günlərini yaşayıram. Bu gecə də yuxuma gəl səni son dəfə yxuda görüm rahat ölüm. Unutma, sən mənim Allahımsan. Allah böyükdür, və hər şeyə qadırdı. Bu gecə yuxuma girəssən hə?
Sənin “Dəlin”
Polis Mayorunun bu dəfə üzündə daha əsəbləşdi. Üzünü ətrafdakılara tutub:
- Mənim bu kafirin meyidi ilə bir otaqda qalmağa halım yoxdu. Açıq aydın bilinir ki bu intihardır. İndi müstəntiqdə gələr. Lazım olan işləri görərsiniz. Stolun üstündəki bütün kağız-kuğuzu da yığıb yandırın. Bircə bu kitabı özümlə götürəcəm. Polis Mayoru “Kafkanın seçilmiş əsərləri” yazılmış kitabı götürüb otaqdan çıxdı....
3 yorum:
Anar oxudum...Seher durub birde oxuyacaqam...ve ardini gozleyecem...
Teshekkur edirem. Ardi olacag mi?
Mən təşəkkür edirəm. Aha olacaq.
Yorum Gönder