Milena!!.. Özümü bu gecə sənə göndərib, oturub burda özümə gəlməyimi gözləyirəm..Çünki, hər dəfə məni görəndə, özünə gəl deyirdin. Bu gecə özümü sənə yolladım ki, özünə gəl deyəndə mən sevincək olub, uşaq kimi qaça-qaça özümə gəlim.. Yəni ki sənə gəlim...!
Milena!!.. İstədiyimiz kimi yaşaya bilmirik, ancaq isdədiyimiz kimi ölə bilərik.. Bir yerdə ölək, gəl bu gecə...! Yeni ildə ruhlarımızı azad edək.. Qovuşduraq onları.. HƏ Nə deyirsən?....
Milena!... Qapını möhkəm bağlamışam. 2011-ci ili otağıma buraxmayacam. 2010-cu ildə bir qədər də səni düşünüb yaşamaq üçün. Axı bu il sevmişəm səni...!!
Milena!... Sözlər belə acız qalır səni təbrik etmək isdəyərkən! Heç bilmirəm nə diləyim sənə bu ildə! Xəyalımdan həyatıma girməyimi, yoxsa elə xəyalımda yaşamağa davam eməyimi! Bayramın mübarək Milena! Həmrəy olaq deməyəcəm çünki biz xalqımızdan fərqli olaraq hər gün səninlə həmrəyik. :-)
Milena!.. Yazırsan ki, əgər məni sevsəydin ölərdin mənim həsrətimdən, bu qədər dözməzdin mənsizliyə.... Düz deyirsən Milena vallah düz deyirsən... Adam nə qədər arsız olar axı...? Hər gün neçə dəfə sənsizlikdən ölüb, sonra yenidən dirilər axı?... Adam nə qədər üzsüz olar axı?.. Özünə qəbir qazıb, sonra qəbirdən xortlayar axı?.. Bunu qəbirdən yazıram indi sənə.. İmza: Qəbirdəki diri adam
Milena!.. Bir gün ölsəm , ağlama! Nə olar ağlama! Göz yaşların silər məni, gözlərindən, ağlama... Hər güzgüyə baxanda, mən səni görərəm gözlərindən, səndə məni görərsən gözlərində.. Bir gün ölsəm.......!
Milena!... Qatara gecikmiş sərnişin kimiyəm, biletim əlimdə.. O qatara çata bilmərəm. Digər qatarlarda isə məni sərnişin kimi qəbul eləməzlər...
Milena!.. Sen körpe usaq olsan, men ise Shaxta Baba ve sen menim yolumu gözlesen.. Men gelsem sene ömrümü hediyye elesem ve ömrümüzü birlikde yasasaq...
Milena!.. Sen MA sevirem desen obama(ya) da xos geler.. Amma Misheli bilmirem..
Milena!.. Yazirsan ki atam YAPcidir. Müxalif düsünceli oglana qiz vermez. Indi ne YAPaq? Mence en yaxsi YAPa bileceyimiz is, cocuq YAPmaqdi. :))))
Milena!.. Körpə uşağa verilmiş pulu, həyəcanla öz ovcunda sıxıb gizlətdiyi kimi gizlədim səni...
Milena həyatda axtarmırsan heç eybi yox, MA yaz googlda axtar məni...
Milena!.. Sevgilin bilmesin, gece yuxularda xelvet görüsdüyümüzü.. Daha yuxularima buraxmaz seni.!
Milena!.. Bu gün qandan analiz verdim, sekerin miqdari normadan artiq cixdi. Hekim mene sirin sey yemeyi qadagan eledi. Hekim yaxsi ki bilmedi, qanimda sekerin cox olmasina sebeb, qanima qarisan senin sevgindi. Yoxsa seni sevmeyi mene qadagan ederdi...!
Milena!!!...Tök ətəyindən gəl daşları
Bu daşlarla bir ev tikək
Toy edək toysuz mağarsız
Varax öyümüzə köçək ..
Milena!... Bu gün kirəpulunu verə bilmədiyim üçün, kirəçi qovdu məni evdən. Ürəyini bu qışlıq əvəzsiz istifadəyə verərsənmi, ürəyində yaşayam...!
Milena!... Sənlə başlayan hər şeyi sevirəm, sənsizliyi belə..
Milena!.. Sen MA he desen ne ederdim? Yeqin ki, özümden gederdim :)))
Milena!.. Üreyine hebs et meni..!
Milena!.. Sən mənim varlığımsan..Bu səbəbdən yoxluğunu hiss edə bilmirəm.....
Milena!... Dogum gününü bilmediyimden, ilin 365 günü dogum günün olur menim ücün. Dogum günün bu günde mübarekdi.!
Milena!.. Mən öləndə "kəlmeyi şəhadətim" səni sevirəm demək olacaq...
Milena!... Bu gün səni xəyalımdan çıxarıb öz yanıma, həyatıma salmaq istədim .. Anladım ki sənin yerləşəcəyin qədər böyük həyatım yox imiş...
Milena!.. Yazı yazmağı bilmirəm ki, alnıma yazam səni...
Çətin olan bacarılır, imkansız olan vaxt aparar deyib Lenin... Vaxtımı aparırsan Milena!
Milena!.. Bir gün ezrayil senden canimi almaga gelse, canimi canindan ayirib ezrayilin eline verme!..
Milena!.. Ruhum, ruhuna aşiq olub.. Ruhunu, ruhuma verərsənmi? Şirin çay gətirsin ruhun..:-)
Milena!..Deyirəm saçlarının dalğasında boğulub ölsəm, və heç vaxt meyidimi tapa bilməsələr...:-)
Milena!.. Bu gün metroda senin el izlerine toxundu elim.. Xosbextem Milena. :-)
Milena! Dünən məktubunda yazmısan ki əlimizdən heç nə gəlmir, heç nə edə bilmərik. Allah bizi bağışlamayacaq!..Allah bağışlamır, cəhənnəm biz bağışlayaq bir birimizi Milena bağışlayaq bir-birimizi..
Milena..! Sevgi semaya baxib aya asiq olmaq deyil . Sevgi semaya baxib oradaki en kicik ulduzu seve bilmekdi.
Milena!... Bu günde biraz kredit götürdüm "ümid bankindan".. Bu kreditin faizlerini ödemeye imkanim catmir artiq... En böyük ümidim sensen.. Sen gelsen düzeler her sey. Gel..!
Milena! Deyirler bu il en soyuq qis olacaq. Üsümemek ücün bu qis, seni daha cox sevmeye mecburam...
Milena!... Sen qaynar susan, men ise quru cay.. Sen olmadan, hec neye yaramiram..
Milena!.. Sen Allahin adi, sev meni...
Milena!.. Güləndə yanağında yaranan çökəklikdə gizlət məni...
Milena!.. Menim senden istediyim kimi, ruhumda menden azadliq isteyir...
Milena!.. İnsanın hərflərə belə aşiq ola biləcəyini, hər dəfə sənin adındakı hərfləri dodağımda mızıldayanda başa düşdüm.. M İ L E N A!
Milena!... Səni tanıyana kimi, məni ən çox cəzasız qalan cinayətlərim naraha edirdi. İndi daha bundan da narahat deyiləm. Çünki, sənsiz keçən hər gecə, bu cinayətlərimin cəzasını çəkirəm..
Milena!. Bu günkü məktubunda yazmısan ki bir gün səni unudacağımdan qorxursan. Qorxurmuşsan kia. oxunduqdan sonra atılan kitablar kimi məndə səni oxuyub, unudacam... Milena! Qorxma... Mənim səni oxumağa ömrüm yetməz ki...
Milena... Sinoptiklərin xəbərdarlığını oxudum indicə. Qarşıdakı bir neçə gün hava yağışlı keçəcək, bəzi yerlərdə sel təhlükəsi olacaq... Milena!! Özünü qoru sellər gələr səni də aparar.. Axı mən Xançoban deyiləm Muğana ildə bir dəfə gələm... Mən 365 gün gəlirəm ildə, həmin yerə...
Milena!..Bu günden Allahimdan üz dönderib, sene tapinsam..Bagislarsan meni?...Allah bagislayandir axi...
Milena.. Bu gecə yuxumda, gizlənparç oynadıq xəyalımdakı sən və mən. Mən səni hamıdan gizlətmək üçün özümün də tapa bilməyəcəyi bir yerə gizlədim. İndi hey axtarıram tapa bilmirəm. "Almaaaa" bağırmaqdan boğazım cırıldı ki. Çıx razıyam yenə yuman mən olaram, gizlənən .. Çıx daa!...
Milena! Yeni ayaqqabi alan usagin, onu ilk defe geyinmeyi heyecanla gözleyerek basqaltina qoyub yatmasi kimi, mende bu gecenin tez bitmesini isteyirem...
Milena 22 dekabr gəlsəydi deyirəm, ən uzun gecəni səni düşünərək keçirsəydim....
Milena!! Dünənki məktubumda səni özümdən çox sevdiyimi demişdim. Amma aldatmışdım səni Milena! Özümü səndən daha çox sevirəm. Çünki, məndə iki insan yaşayır, sən və səni dünyada heç kimin sevmədiyi mən. Odur ki öxümü səndən daha çox sevməyə məcburam..Mən ölsəm məndki sən də ölər, səni heç kimin sevmədiyi qədər sevən mən də.. İncimirsən ki Milena?...
Milena! Nəfəsinin nəfəsimə dəymə təlaşından tənginəfəs oluram, hər səhər pəncərəmi açıb nəfəs alanda. Qorxuram ki bir gün nəfəsinə də həsrət qalaram.. Heç vaxt tərk etmə bu şəhəri Milena.. Eyni şəhərdə nəfəs almağı mənə çox görmə...
Dükanin üstünde yazilmis "nisye sabah olacaq" yazisini oxuyub, yeni gün ücün övladlarina borc cörek almaq ücün yeniden dükana geden qonsumuz Avdi kisi kimi mende her seher "sabah yene burda görüserik" deyib getdiyin yere gelirem Milena. Allahin ne cox sabahi varmis. Allah niye bele Allahsizdir axi Milena?..
Milena son mektubunda yazmisan ki sinixmisam yemeyime fikir verim. Narahat olma günde uc defe yemeyime, senin sevginden qatib yeyirem. Ancaq karolisi coxdu deyesen, bir qasiqdan cox hec ne yeye bilmirem.,
Vesf zamani deyil axi Milena. Mentiq testlerimi elememisem hele. Deyirem kesge bu mentiq suallari evezine suallar senden duseydi. Meselen:Milenanin saclarinin sayi falan..
Qisda ölsem, kefenimi qalin tikersen Milena.. Bilirsen men soyuqdan cox qorxuram. Qara torpagin altinda, kim isidecek meni öz sevgisiyle? Milena ne olar, birde hec vaxt mene soyuq baxma, soyuqlugun dondurar meni..
Milena!.. Zorlanmis qadindan "nece idi hezz aldinmi?" sorusmaga benzeyir, menden sensiz kecen illeri nece kecirtdiyimi sorusmaq...
Milena!.. Mən sənin kitab rəfindəki kitablar arasında unudulmuş, tozbasmış bir kitabam. Sənin məni alıb oxumamağının tək səbəbi üz cildimin cəledici olmamasıdır..Ədalətsizlik deyilmi bu?...
Milina!.. Səninlə mən qatar yollarındakı reyslər kimiyik.. Bütün yolu bir yerdə getsək də, birləşməyimiz, bir birimizə toxunmağımız heç cürə mümkün deyil.
Bu daşlarla bir ev tikək
Toy edək toysuz mağarsız
Varax öyümüzə köçək ..
2 yorum:
"Milena!.. Yazı yazmağı bilmirəm ki, alnıma yazam səni..."
Qəşşəng söhbətdi.
MA, paralel getməklərinə baxma, qatar relsləri də kəsişirlər. Get, uzun bir relsin başladığı yerdə, relslərin arasında dayan, bax; uzaqlara bax, orda hər ikisi bir-birinə qovuşur. Amma bu çox uzaqda olur.
:)
Yorum Gönder