Odlar yurdum doğma anamsan mənim
Sevgilim gül üzlü sonamsan mənim
Doğma yurdum elim obamsan mənim
Vətənə sevgimiz sönməz bir daha
Yüksələn bu bayraq enməz bir daha
Kim əsirgəryər ki axı səndən can?
Neçə igid getdi yolunda qurban
Dünya qalıbdı bu igidlərə heyran
Oğullar bu yoldan dönməz bir daha
Yüksələn bu bayraq enməz bir daha
Alıbdır yağılar yenədə solu sağı
Əsirdə saxlayırlar Qarabağı
Yenədə atəşə tutur torpağı
Yağıların atəşi dinməz bir daha
Yüksələn bu bayraq enməz bir daha
Necə biz atəşgaha razı olaq?
Qalxaq ayağa şəhid qazı olaq
Azadlığ üçün qandan yazı olaq
Yoxsa ki üzümüz gülməz bir daha
Yüksələn bu bayraq enməz bir daha
Anarın çox borcu var vətən sənə
Sənin əsgərinəm mən ölsəm yenə
Çünki sən vermisən su çörək mənə
Ümidlərimiz tükənməz bir daha
Yüksələn bu bayraq enməz bir daha
BAYRAQ GÜNÜNÜZ QUTLU OLSUN!!!!