9 Kasım 2010 Salı

Yüksələn bu bayraq enməz bir daha....

Odlar yurdum doğma anamsan mənim
Sevgilim gül üzlü sonamsan mənim
Doğma yurdum elim obamsan mənim
Vətənə sevgimiz sönməz bir daha
Yüksələn bu  bayraq enməz bir daha

Kim əsirgəryər ki axı  səndən can?
Neçə igid getdi yolunda qurban
Dünya qalıbdı bu igidlərə heyran
Oğullar bu  yoldan dönməz bir daha
Yüksələn bu bayraq enməz bir daha

Alıbdır yağılar yenədə solu sağı
Əsirdə saxlayırlar Qarabağı
Yenədə atəşə tutur  torpağı
Yağıların  atəşi dinməz bir daha
Yüksələn bu bayraq enməz bir daha

Necə biz atəşgaha razı olaq?
Qalxaq ayağa şəhid qazı olaq
Azadlığ üçün qandan yazı olaq
Yoxsa ki üzümüz gülməz bir daha
Yüksələn bu bayraq enməz bir daha

Anarın  çox borcu var vətən sənə
Sənin əsgərinəm mən ölsəm yenə
Çünki sən vermisən su çörək mənə
Ümidlərimiz tükənməz bir daha
Yüksələn bu bayraq enməz bir daha

BAYRAQ GÜNÜNÜZ QUTLU OLSUN!!!!


0 yorum:

Yorum Gönder