Rüşvətə şəkər demədim mən Dədə Qorqud. "Kitabi Dədəm Qorudov"dan.
Ay bala bu rüşvət nə şirin zad imiş
Babalıq
Babalıq
Bunun üçün birinci olaraq “Rüşvət”sözünü dəyişmək lazımdır.Çünki mənim “Camaatım” rüşvət deyəndə nəsə çəkinir.Ona görə də rüşvət sözü leksikonumuzdan çıxarılıb yerinə daha münasib bir söz daxil olmalıdır.Məncə rüşvətin yerinə “Şəkər” sözünü əlavə etsək yaxşı olar.Bu söz həm rüşvəti verənə həmdə onu alana uyğun gəlir.Çünki həmişə rüşvət alanın ağzı şirin olu(şəkər kimi) rüşvət verən isə əsəbləşir və “şəkəri qalxır”.
HƏ sonra “Şəkərin” gizlənilməsinin qarşısını almaq üçün hər yerdə “Şəkər assa aparatları” qoyulsun.Kim “Şəkər” verirsə vəzində çek almağı tələb etsin.Dövlət isə “Şəkərə” Əlavə dəyər vergisi tətbiq eləsin.Bütün şəkərin 18 faizi vergi kimi getsin dövlətin büdcəsinə.”Şəkəri”qaldırmaq üçün müxtəlif tədbirlər planı hazırlanıb verilsin hökümətə.Həmin plana daxil olacaq bir necə mətləbi də fikirləşmişəm.Məsələn xalqı şirniləşdirmək üçün müxtəlif tədbirlər görülə bilər.İl ərzində ən çox şəkər verən hər məktəbin hər bir şagirdi pulsuz və imtahansız olaraq isdədiyi Ali məktəbin isdədiyi fakultəsinə daxil olsun.Ən çox şəkər verən hər bir fakultənin bir tələbəsi isə pulsuz və imtahansız olaraq ixdisasına uyğun olan ən yaxşı yerdə işlə təmin olunsun.Bir düşünün də bunnan sonra necə qiyamət düşər eeee Şəkər verməyin üsdündə.Hamı şalışar ki birinci olsun.Sonra il ərzində ən çox Şəkər verənlər ilin axırında “Əməkdar Şəkərverən” ən çox şəkər alanlar isə “Əməkdar Şəkəralan” fəxri adıyla təltif olunsun.
Yeni Milli Məclisin sesiyasında “Şəkər haqqında Azərbaycan Monarxiyasının” qanunu qəbul edilsin.
Qalan mətləblər həll olunandı.
PS- Bütün hüquqlar qorunur və şəxsən mənə məxsusdur.Çünki bütün bunları özüm fikirləşmişəm.Buna görə də bu il “Ans”in ilin adamı müsaqibəsinə qalib olaraq təkcə özümü görürəm.Bir də bu fikri kəşf etdiyimə görə mənə fəxri ad verilsin və qonoram verilsin.Yoxsa nöyüt töküb özümü yanırajam.....
.
2 yorum:
Nə qədər şəkərə yazını yığışdırarsız efirdən?
Mənim şəkərə ehtiyacım yoxdur çünki özüm şəkər xəstəsiyəm :-)
Yorum Gönder