Bu yazını necə başlayacağımı, nə cür bitirəcəyimi belə bilmədən yazmağa başladım. Son günlərdə gördüklərim, eşitdiklərim məni bu barədə yazı yazmağa təhrik elədi. Mübariz İbrahimovun göstərdiyi məlum şücaətindən sonra, bu barədə müxtəlif səpkili informasiyalarla rastlaşmağa başladım. Bu informasiyaların içində məni daha çox təccübləndirən bu şücaətə “dırnaqarası” baxıb, özlərini həddindən artıq “liberal” göstərməyə çalışan bir qrup gəncin fikirləri oldu. Digər tərəfdən Mübariz İbrahimov və Fərid Əhmədovun cəsədinin Azərbaycana qaytarılması və onların dəfn edilmə günü ilə bağlı olan diskusiyalar, ölkə rəhbərinin bundan siyasi məqsədlər üçün istifadə etməsi ilə bağlı fikirlərə rast gəlmək mümkündür.
Gəlin birincidən başlayaq. Mübariz İbrahimov kimi idi və nə istəyirdi? Mübariz İbrahimov 22 yaşında bir gənc idi. O yaşda idi ki həmin yaşda olan gənclərin bir çoxu “gəncliyin kefini çəkmək”, “qız tutmaq” və.s bu qəbildən sahələrdə qəhramanlıq göstərib, boğazdan yuxarı danışdığı bir vaxtda o düşmənlə “üzbəüz” dayanıb vətənin keşiyini çəkirdi. O vətənin keşiyini çəkirdi ki, 20 faiz torpağı işğal altındadır, o vətənin keşiyini çəkirdi ki onun yüzlərlə qız-gəlini erməni əsirliyindədir. O vətənin keşiyini çəkirdi ki gənclərinin çoxu “filan nazirin oğlu niyə əskər getmədi” deyib hərbi xidmətə getməyi özünə “padlo” bilir. Amma o bunları düşünmürdü. Əgər düşünsəydi hərbi xidmətdən qayıtdıqdan sonra, könüllü ön cəbhəyə gedib gizir kimi xidmət göstərməyə razı olmazdı, əgər düşünsəydi bilə bilə öz həyatını təhükəyə atmağa razı olmazdı. Bəli o bunları düşünmürdü əvəzində xalqını düşünürdü, qanı yerdə qalmış şəhidləri düşünürdü, Xocalıda rüsvay edilmiş insanlarımızın rahatlıq tapmamış ruhunu düşünürdü. Bu düşüncələri ondana görə-görə ölümə doğru, ölümsüzlüyə doğru addımlamağı tələb edirdi. Mübariz İbrahimov bu yolla getdi və ölümsüzlük zirvəsinə çatdı. Xalq öz qəhramanını unutmadı qəhramanlığı ilə fəxr eləməyə başladı. İnsanlar Mübariz İbrahimovun doğulub boya-başa çatdığı kəndə axın etməyə başladı. Bu vaxt özünü “ateist” adlandıran bir qrup insan yeni bir ocağın yaranmasını öz ağıllarınca “rişğəndə” qoymağa başladılar. Axı niyə? Bu yazının sonunu gətirməyi bacarmıram sadəcə bir sual məni düşündürür bu yerdə “Niyə axı özümüzün işıq saça bilmədiyimizi bildiyimiz halda, azından düşən işığın qarşısından çəkilmirik?” Niyə?......
0 yorum:
Yorum Gönder