Gözü görən kor, korların ən təhlükəlisidir.
Nənəmin "Həyat Qanunları" kitabından
Bu şəkilə baxanda nədənsə həmişə gözlərimin önündə bizim cəmiyyət canlanır. Hər gün dəfələrlə "bunu görməmək üçün kor olmaq gərəkdir" deyə haray çəkən insanların fəryadını eşitmək adi həyat səviyyəsi halını alıb. Bəzi insanlar ölkədə olan "analoqu olmayan" inkişafı görməyən insanları, digərləri isə tam bunun əksini görməyən insanları kor olmaqda ittiham edirlər. Əslində isə bu bir qədər fərlidir. İnsanlar həmişə onlara sərf eləməyənləri görsələr belə, türklər demiş "görməməzlik"dən gəlməyi xoşlayırlar. Bunun əyani sübutu kimi dünən keçirilmiş seçkiləri qeyd edə bilərik. Dünən seçkilərdə olan saxtakarlıqları görüb, görməməzlikdən gələn insanların sayəsində xeyli sayda ölkəmizdəki vəziyyəti görüb "görməməzlikdən" gələn insanları bizə "VƏKİL" təyin etdilər. Atalarımızdan bizə belə bir məsəl biras qalıb: "Xalqın gözü tərəzidir". Bunu seçkilərə tətbiq edsək rahatlıqla "Xalqın səsi tərəzidir" deyə bilərik. Buradakı xalqın səsi "8 km Bazarında" əvvəllər olan tərəzilərin gözündən heç nə ilə fərqlənmir. İstənilən vaxt bu tərəziyə rahatlıqla müdaxilə oluna bilir. Bazardakı tərəziləri elektron tərəzi ilə əvəz edərək problemi rahatlıqla aradan qaldırmaq mümkün oldu. Görəsən bəs "xalqın səsi"nə müdaxilə edilməsinin qarşısını almaq üçün nə etmək gərəkdir?.. "Gözü görən" korların gözündən iraq...
0 yorum:
Yorum Gönder