Müxalifət iqtidar savaşında, məğlub olan xalq olur.
Nənəmin “Siyasətnəmə” kitabından
Son seçkilər ölkədəki siyası vəziyyətin, siyasi düşüncənin nə qədər bərbad olduğunu açıq şəkildə gözümüzə soxdu. İctimai Televiziyada gedən debatlar, daha çox insanları əyləndirmək üçün təşkil olunmuş proqramlara bənzəyirdi. İki sözü üzündən oxumağı bacarmayan, verilmiş 4 dəqiqəni öz namizədliyindən daha çox kimlərinsə qarasına danışan namizədləri gördükcə vəziyyətin elə də yaxşı olmayacağı açıq aşkar görsənirdi. Və gözlənilən də baş verdi. Seçkinin nə qədər “üzqaraldıcı” olduğunu görmək üçün sadəcə 15 saylı dairədə İsa Qənbərin uduzdurulğu namizədə nəzər salma kifayət edər..
Bu seçki iqtidarın “uğuru” ilə yanaşı müxalifətin “uğursuzluğu” ilə də yadda qaldı. Əslində bu uğursuzluq seçkilərə bir müddət qalmışdan müəyyən idi. AXCP Musavatın vahid blokda birləşməsi gecikmiş şoudan başqa bir şey deyildi. Və gecikmiş şounun nə qədər effektivsiz olması seçkilərin nəticəsindən açıq aşkar görsəndi. Bu seçki müxalifətin məğlubiyyəti ilə yadda qaldı və realdır ki məğlublar həmişə bəhanə axtarır. Bu gün müxalifət də bu məğlubiyyət üçün bəhanələr axtarmaqdadır. Özüdə bu bəhanələri axtararkən özlərinin etdikləri səhvlərə gözucu belə baxmaq istəmirlər. Bəlkə də baxırlar sadəcə bunu etiraf eləmək istəmirlər.
Bu seçkilər əslində dahaçox “əxlaqsızlıqla” yadda qaldı . Müxalifət qəzetləri aylarla hansısa məmurun arvadının kiməsə qoşulub qaçmasından yazdı. Nə düşük, əxlaqsız iddiadır deyilmi?. Kim kimlə qoşulub qaçıb bundan kimə nə axı? Lap tutaq ki həmin şəxs “siyası fiqurdu”. Siyasi fiqurdur bu o deməkdirmi ki rahatlıqla həmin şəxsin ailə həyatı haqqında bu cür fikirlər söyləmək olar? Bunu müxalifət düşərgəsi normal qarşılayırdı və yazmaqda davam edirdi. Buna normal baxmaq da olardı, o vaxta kimi ki internetdə «Azadlıq» qəzetinin direktoru Azər Əhmədovun “yataq sərgüzəştləri” yayıldı və həmin video Lider tv-nin efirində “əxlaqsızca” günün günorta çağı efirə verildi. Bu vaxt ingilis bayrağı kimi düşüncələr tam əks tərəfə çevrildi. Kiminsə “intim həyatının” çəkilməsi pislənildi. Həmin şəxsi də “ictimai fiqur” adlandırmaq mümkündür. Sual yaranır nə üçün birinci normal haldır, ikinci isə anormal?
Bunun ardınca İctimai televiziyanın efirindəki debatların birində Fuad Qəhrəmanlı və Hüseynbala Mirələmov canlı yayımda “təhqir debatına” çıxdılar. Bundan sona müxalifət cəbhəsində Fuad Qəhrəmanlı “qəhrəman” elan olundu. Nə qədər gülünc düşüncədir. Əxlaqsızlıqdan “qəhramanlıq” yaratmaq. Bu debatdan sonra seçicilər seçkidən iyrənməyə başladı. Və seçkilər keçirildi...Xalq küsmüş, xalq inamsız, xalq ümidsiz...
Bu seçki xalqın baykotu ilə yadda qaldı. Seçkidə iştirak edənlər bunu məcburiyyətdən edirdi. Xalq seçkini baykot elədi. Və iqtidar da rahatca istədikləri adamları debutat təyin elədi. Bu seçkidə də iqtidarla müxalifət savaşmaqla məşğul oldu. İqtidar müxalifət savaşında məğlub olan isə Azərbaycan xalqı oldu. Azərbaycan xalqı bu seçkidə də çox şey itirdi.. Son qəmin olsun olsun xalqım...
0 yorum:
Yorum Gönder